Baydendən Netanyahuya Fələstinlə bağlı çağırış

Baydendən Netanyahuya Fələstinlə bağlı çağırış

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baden İsrailin baş naziri Binyamin Netanyahuya "Bölgədə atəşkəs üçün gərginliyin qəti şəkildə azaldılmasını gözləyirik" sözlərini ünvanlay;b

Rasthaber xəbər verir ki,   Ağ Evdən edilən yazılı şərhdə bildirilib: “Baden və Netanyahu telefonda Qəzza hadisələrini müzakirə ediblər. Söhbət zamanı İsrailin Həmas və digər terrorçuların imkanlarının azaldılması prosesi danışılıb… ABŞ prezidenti İsrailin baş nazirinə bölgədə atəşkəsə gedən yolda gərginliyin ciddi dərəcədə azaldılmasını gözlədiyini çatdırıb”.

  Qeyd edək ki, bir neçə gün əvvəl B.Netanyahu Tel-Avivdə xarici səfirliklər və missiya nümayəndələriylə etdiyi yığıncaqda mühasirə altındakı Qəzza zolağına hücumları sona çatdırmaq üçün hər hansı bir təqvimlərinin olmadığını bildirərək bölgəni işğal niyyətini biruzə verib.

  Xatırladaq ki, İsrailin 10 maydan mühasirə altındakı Qəzza bölgəsinə hücumlarında 221 fələstinli həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR