Bayden və Putin ilk dəfə telefonla danışdı: Nələr müzakirə edilib?

Bayden və Putin ilk dəfə telefonla danışdı: Nələr müzakirə edilib?

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı inaqurasiyasından bəri ilk dəfə olaraq Rusiya Prezidenti Vladimir Putinlə telefonda danışıb.

Rasthaber Azərbaycan  VOA-ya istinadən xəbər verir ki, o, nüvə silahlarına dair razılığı uzatmağa razılaşıb, dissident Aleksey Navalnının həbsi, Moskvanın kiber-casusluq kampaniyası və Əfqanıstandakı ABŞ qoşunları üçün təklif etdiyi mükafat ilə bağlı narahatlığını ifadə edib. Bu barədə Bayden administrasiyasının iki yüksək səviyyəli rəsmisi xəbər verib.

Baydenin mövqeyi keçmiş Prezident Donald Trampın mövqeyindən kəskin fərqlənir. Donald Tramp tez-tez Kreml lideri ilə isti münasibətlərinin olmasından məmnun olduğunu dilə gətirirdi.

Bundan əlavə Bayden və Putin Rusiya və Birləşmiş Ştatların New START nüvə silahlarına nəzarət razılığı fevral ayının əvvəlində başa çatmadan öncə onu beş il müddətinə uzatmalı olduqları üzərində razılaşıblar.

Kremlin telefon danışığı ilə bağlı rəsmi açıqlamasında bildirilir ki, liderlər razılığının sürətli şəkildə uzadılmasına yol açacaq diplomatik notaların mübadiləsi ilə bağlı “məmnuniyyətini ifadə edib.” 2010-cu ildə imzalanan razılıq hər iki ölkənin nüvə arsenalını 1550 döyüş başçısı ilə məhdudlaşdırır.

Rusiya parlamentinin aşağı palatası olan Duma çərşənbə axşamı müqavilənin uzadılmasını təsdiqləyib.

Nüvə razılığının müddətini uzatmaq danışıqları ötən payız, xüsusilə də Tramp addministrasiyasının Çinin ikitərəfli razılığa daxil edilməsi ilə bağlı israrı səbəbilə dayandırılmışdı.

Kremlin bəyanatında həmçinin qeyd olunub ki, Bayden və Putin ölkələrinin bu yaxınlarda Açıq Səma Razılığından çıxmasını müzakirə ediblər. Müşagidəçilər razılığın bərpa olunması ilə bağlı ümidlərini dilə gətiriblər.

Rusiyanın Baydenlə vəzifədəki ilk dörd gündə əlaqə yaratmağa çalışdığı deyilir. ABŞ lideri buna razılaşıb, lakin bundan öncə işçiləri ilə hazırlıq edib və ABŞ-ın üç yaxın Qərb mütəffiqi – Britaniya baş naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel ilə telefon danışığı aparıb.

Putinin Baydenin telefon danışığı zamanı iki ölkə arasındakı mübahisəli məsələləri qaldırmasına necə münasibət göstərdiyi hələ ki, məlum deyil.

Kreml bəyanatında “ABŞ ilə Rusiya arasında münasibətlərin normallaşmasının hər iki ölkənin marağında” olduğunu bildirib və Baydenlə Putin arasındakı danışığı “biznes danışığına bənzər və səmimi” olduğunu bildirib.

 

 
 

 

Xəbəri paylaş

VİDEOLAR