Bayden: Qəzzada baş verənlər soyqırım deyil!

Bayden: Qəzzada baş verənlər soyqırım deyil!

ABŞ prezidenti Co Bayden sionist İsrailin Qəzzaya hücumlarının “soyqırım” olmadığını və bu ittihamları qəbul etmədiklərini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Bayden Ağ Evdə “Amerika Yəhudi İrsi Ayı” üçün keçirilən tədbirdə çıxış edib.

"Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı iddialarının əksinə olaraq, (Qəzzada) baş verənlər soyqırım deyil. Biz bunu qəbul etmirik", - deyən Bayden həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta qarşı “həbs orderi” verilməsi ilə bağlı müraciətini rədd etdiklərini bildirib.

Bayden bildirib ki, qatil İsraili Həmasla eyniləşdirməkdən söhbət gedə bilməz.

Xəbəri paylaş

VİDEOLAR