Bayden Putinlə görüşünün "pozitiv" keçdiyini söyləyib

Bayden Putinlə görüşünün

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə baş tutan söhbətin tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Bayden bunu rusiyalı həmkarı ilə Cenevrədə keçirdiyi görüşdən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Bayden Putinə gündəminin Rusiya və ya başqa bir ölkəyə qarşı deyil, Amerika xalqı üçün olduğunu söylədiyini vurğulayıb.

ABŞ prezidenti Rusiya Prezidenti Putinə insan hüquqları ilə bağlı narahatlıqlarını dilə gətirdiyini və bundan sonra da dilə gətirməyə davam edəcəyini söyləyib.

Bayden Putinlə yeni və inkişaf etmiş silahların yayılmasının qarşısını almaq üçün strateji sabitlik dialoq mexanizmi qurmağı qəbul etdiklərini  bildirib.

Xəbəri paylaş

VİDEOLAR