“Biz Rusiya ilə NATO arasında müharibə axtarmırıq...”
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentin Cozef Bayden “The New York Times”a yazdığı məqaləsində bildirib.
O vurğulayıb ki, ABŞ Rusiya ilə müharibəni arzulamır. ABŞ Prezidentinin sözlərinə görə, NATO qüvvələrinə hücum olmayanadək Vaşinqton Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməyəcək.