Bayden ABŞ-da silahlara nəzarət edilə bilmədiyini etiraf edib

Bayden ABŞ-da silahlara nəzarət edilə bilmədiyini etiraf edib

ABŞ prezidenti Co Bayden bazar ertəsi ölkədə hücum silahlarına nəzarət edilə bilmədiyini etiraf edib.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, dünən Ağ Evdə jurnalistlərə açıqlama verən Bayden deyib:

"Hücum silahlarını qadağan etmək və silah almadan əvvəl şəxslərin qeydiyyatının yoxlanılmasını gücləndirmək Konqresin məsuliyyətindədir və mən bu məsələləri Konqresə diktə edə bilmərəm".

ABŞ prezidenti Co Bayden, Amerikada vətəndaşlara silah hüququ verən Konstitusiyanın ikinci əlavə maddəsinə toxunaraq, "İkinci əlavə maddə heç vaxt mütləq olmayıb" dedi.

Bayden, Texasdakı məktəbdə baş verən atışmadan sonra təcavüzkarın istifadə etdiyi hücum tipli silahların növünə məhdudiyyətlərin sərtləşdirilməsi üçün dəstək olmağın zəruri olduğunu bildirib.

Qeyd edək ki, şənbə günü ABŞ-ın vitse-prezidenti Kamala Harris də, Nyu-Yorkun Buffalo şəhərində bir mağazaya hücumda həlak olanlardan birinin dəfn mərasimində, hücum silahlarının qadağan edilməsinə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR