Batumidə məscid tikintisinə icazə verilmir?

Batumidə məscid tikintisinə icazə verilmir?

ÜGMDİ sədri:Gürcüstanda rəsmi məscid statusunda məscid yoxdur

EMC (İnsan Haqları Araşdırma və Monitorinq Mərkəzi)-nin və Həmrəylik Platformasının təşkilatçılığı ilə, 07-02-2020-ci il tarixlərdə Acara müsəlmanlar tərəfindən tikilmək istənən "Batumi Yeni Cami"si (Məscid) -nə səfər təşkil edilib.

Məlumata görə, Cümə namazından sonra məscidə cəm olan sakinlərlə görüş keçrilib. Gürcü Müsəlmanlar İttifaqının rəhbəri Tariel Nakaidze qonaqlara xoş gəldin dedikdən sonra, öz mübarizə tarixlərinə işarə edərək  məscidin bu günə kimi tikilməsinə icazənin verilməməsindən danışıb.

Ümumi Gürcüstan Müsəlmanları Ali Dinu İdarəsinin sədri və şeyxi Seyid Mirtağı Əsədov dəstək səfərində iştirak edib.

 O çıxışı zamanı məscid dindarlarına dəstəyini bildirərək deyib: "Qardaşlarnızın salamını gətirmişəm, biz sizinləyik, sizlərin problemi bizim problemdi , özünüzü tək hiss etməyin hər zaman sizlərin yanındayıq və əlmizdən gələni edəcəyik ki, bu problem tezliklə öz həllini tapsın".

Əsədov həmçinin bildirib ki,  siyasi iradənin olmaması bu kimi çətinliklər yaradır: " Allahın izni ilə tezliklə bu məscidun təməlini biz sizinlə bərabər atarıq".

Sonra digər qonaqlar da növbə ilə öz fikirlərini bildiriblər.

İslamazeri.com-a münasibət bildirən Seyid Mirtağı Əsədov "Hənəfi müsəlmanlar Batumidə məscid tikmək istəyirlər. Rəsmi məscid statusu ilə məscid məsələsi artıq məhkəmədədir. Lakin hökümət, kilsə və başqa qurumlar buna imkan vermirlər. Gürcüstanda rəsmi məscid statusunda iki üç məscid istisna məscid yoxdur, ev kimi tikilib və ya ev kimi alıb sonradan məscid edirlər. Hökümət 49 illik icarəyə verir. Məhkəmə işıq yandırsa da, digər qurumlar izin vermir. Bu cür problemlər bizim bölgədə də var, ona görə biz də Batumidəki qardaşlarımıza dəstək vermək üçün ora getdik", -deyə bildirib.

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov  İslamazeri.com-a bu haqda danışıb. Ramin İgidov təkcə Batumidə deyil, ümumiyyətlə məscid tikintisi zamanı yerli idarəetmə orqanları; Bələdiyyə və İcraetmə orqanları tərəfindən süni problemlər yaradıldığını təsdiq edərək problemin həlli haqqında deyib: "Bu problemlər Din Haqqında Qanunun olmamasındadır. Düşünürəm ki, Din Haqqında Qanun qəbul edilməsilə, orada əks olunacaq bəndlərdə bu cür problemlərin həll yolu göstəriləcək. Amma təbii ki, məscidin tikilişi üçün nəzarətin olmasının vacibliyini də düşünürəm. Çünki mənşəyi və mənbəyi məlum - ənənəvi dinlərin bu məscidləri tikmək və fəaliyyət göstərəcəyi məlum olması üçün şəffaflıq mühümdür."

Hacı Ramin İgidov bildirib ki, bir çox məscidin tarixi miras olaraq Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirliyindən qeydiyyatdan keçdiyini, onlarla məscidin reyestr mülki sənədində "meçeti" (məscid) qeyd olunub.

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi həmçinin sənədi olmayan məscidlərin isə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin balansına verildiyini, nazirlik isə Gürcüstan Müsəlmanlar İdarəsinə müddətsiz fəaliyyət etməsi üçün icazə verdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR