Barselonanın sabiq ulduzu Səudiyyə komandasından qaçdı

Barselonanın sabiq ulduzu Səudiyyə komandasından qaçdı

"Barselona"nın sabiq yarımmüdafiəçisi Əl-Əhli klubu rəhbərlərinin qeyri-peşəkar davranışları səbəbindən Səudiyyə Ərəbistanından qaçıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu mövsüm Ərəbistanın Futbol Liqasının ən səs-küylü transferlərindın biri "Barselona"nın braziliyalı sabiq ulduzu Paulinyo Səudiyyəni tərk edib.

 O Ciddənin Əl-Əhli komandasına qoşulmuşdu. 

Ərəbistan Premyer Liqasından 5 həftə keçməmiş, səudlar üçün böyük bir biabırçılıq baş verib.

Belə ki, "Barselona"nın keçmiş ulduzu, Əl-Əhli klubu rəhbərlərinin qeyri-peşəkar davranışı və bu liqadakı oyunların aşağı keyfiyyəti səbəbindən müqaviləsini birtərəfli qaydada ləğv edərək ölkəni tərk edib.

Xəbəri paylaş

VİDEOLAR