Az.Rasthaber.com xəbər verir ki, dünən axşam Bakının Bülbülə qəsəbəsində yerləşən “İmam Ümmət” məscidində İmam Mehdinin (ə.f) mübarək mövludu böyük coşqu və sevgi ilə qeyd olunub.
Dünən axşam Bakının Bülbülə qəsəbəsində yerləşən "İmam Ümmət" məscidində İmam Mehdinin (ə.f) mübarək mövludu böyük coşqu və sevgi ilə qeyd olunub. Tədbir Quran tilavəti ilə başlayıb və ilahi sözlərin nur saçan ahəngi məclis iştirakçılarını ruhlandırıb. Ardınca məscidin imamı, hörmətli Seyid Şəhadət Heydərov, bu mübarək gün münasibətilə öz səmimi təbriklərini çatdırıb, Həzrət Mehdinin (ə.f) mənəvi mövqeyi və onun gəlişi ilə bağlı dəyərli moizə söyləyib. Mərasim boyu könülləri oxşayan şeirlər, qəzəllər və ilahi mahnılar səsləndirilib, iştirakçılar duyğusal anlar yaşayıblar. Tədbirin sonunda isə əziz qonaqlar üçün ehsan süfrəsi açılıb, bu mübarək günün bərəkəti paylaşılaraq birlik və həmrəylik ruhu gücləndirilib.