10.04.2020 11:56:34
Bakı sakini dezinfeksiyaedici məhluldan zəhərlənib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Dmitriy Anatolyeviç Paxlov yaşadığı evdə etil spirti içib. Spirtdən zəhərlənən D.Paxlovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.