Bakı və Tehran hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakı və Tehran hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan Müdafiə Nazirliyi ilə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi ilə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib.

Bu barədə nazirlikdən məlumat verilir.

“Azərbaycan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər”, - məlumatda qeyd olunur.

Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.

Xəbəri paylaş

VİDEOLAR