Bakı Polisi Kərim Süleymanlı ilə bağlı təkzib yaydı

Bakı Polisi  Kərim Süleymanlı ilə bağlı təkzib yaydı

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib

İyunun 7-də Yasamal rayonunda saxlanılanlardan Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.

“Report” xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

BŞBPİ sözçüsü deyib ki, iddialar həqiqəti əks etdirmir:

“O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb.

İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.

Xəbəri paylaş

VİDEOLAR