Polis mayoru Elşad Hacıyev açıqlama verib
Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb.
Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.
Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına hər şəhər sakinləri tərəfindən hansı müracət daxil olmayıb.