İraqın paytaxtı Bağdadda “yaşıl zona”da yerləşən ABŞ səfirliyi səhər saatlarında raketlərlə hədəfə alınıb.
Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın Bağdaddakı səfirliyinin binası yaxınlığında, hökumət idarələrinin və xarici nümayəndəliklərin yerləşdiyi qorunan “yaşıl zona”da raket düşüb.
Yerli vaxtla saat 04:00 radələrində səfirliyin yaxınlığında ən azı dörd partlayış səsi eşidilib və binadan sirenlər səslənib.
Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, dəyən ziyanla bağlı məlumat paylaşılmayıb.