BƏƏ və Səudiyyədən geri qalmayan Bəhreyn İsrailə hava sahəsini açdı

BƏƏ və Səudiyyədən geri qalmayan Bəhreyn İsrailə hava sahəsini açdı

Bununla belə, Bəhreyn rəhbərliyinin bəyanatında İsrailin adı birbaşa çəkilmir

Rasthaber Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanının ardınca Bəhreyn də İsrail təyyarələrinə öz hava məkanından istifadəyə icazə verib.

Beləliklə də, Ben-Quriondan Əbu-Dabiyə hərəkət edən İsrail təyyarələri daha bir hava dəhlizi əldə edib.

Bununla belə, Bəhreyn rəhbərliyinin bəyanatında İsrailin adı birbaşa çəkilmir. Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət edən və oradan geri qayıdan istənilən təyyarə heç bir məhdudiyyət olmadan Bəhreyn üzərindən uçub keçə bilər.

Bununla bağlı qeyd edilir ki, daha optimal Ben-Qurion və Əbu-Dabi marşrutu Səudiyyə Ərəbistanı və Bəhreyn ərazisindən keçir. Başqa bir variant Qətər də ola bilər. Lakin Qətər hava məkanını da Bəhreyn idarə edir.

İndiyədək Əbu-Dabiyə hərəkət edən İsrailin biznes təyyarələri adətən İordaniyanın paytaxtı Ammanda aralıq duruşu edirdilər.

Xatırladaq ki, daha öncə oxşar bəyanatla Səudiyyə Ərəbistanı da çıxış edib. Ər-Riyad BƏƏ-yə doğru hərəkət edən və oradan qayıdan təyyarələrin hərəkətinə mane olmayacağını bildirib.

Xatırladaq ki, 31 avqustda İsraildən BƏƏ-yə ilk uçuş həyata keçirilib. Uçuş Səudiyyə Ərəbistanı üzərindən baş tutub.

Xəbəri paylaş

VİDEOLAR