Dubayda kosmosun istifadəsi zamanı meydana gələn kommersiya mübahisələrini tənzimləmək üçün yeni xüsusi məhkəmə yaradılıb.
Rasthaber Azərbaycan “Arab News”a istinadla xəbər verir ki, belə təşəbbüslə Dubayın Beynəlxalq maliyyə mərkəzinin məhkəmələri (DIFC) və Dubayın Gələcək fondu çıxış ediblər.
Təşəbbüsün reallaşması çərçivəsində dövlət və xüsusi sektordan beynəlxalq işçi qrupu yaradılacaq. Onlar “kosmos” qanunvericiliyinin və mübahisələrin həlli prosedurunun işlənib hazırlanması ilə məşğul olacaqlar. Eyni zamanda hakimlərin yeni məsələlər üzrə təlimi keçiriləcək.
Yeni məhkəmə digər məsələlərlə yanaşı xüsusi şirkətlərin kosmik fəaliyyəti, peyklərin alınması və ya onların orbitdə toqquşması zamanı yaranan fikir ayrılığına da nəzarət edəcək.
“Kosmik” məhkəmənin yaradılması BƏƏ-nin kosmos sənayesində qazandığı ciddi uğurlarla əlaqəlidir.