BƏƏ qoşunlarını Yəməndən ötən ilin oktyabrında çıxardığını bildirir

BƏƏ qoşunlarını Yəməndən ötən ilin oktyabrında çıxardığını bildirir

Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki mövcudluğuna hələ ötən ilin oktyabr ayında xitam verilib.

Rasthaber Azərbaycan “Anadolu”ya istinadla xəbər verir ki, belə bəyanatla BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş çıxış edib.

Nazirin açıqlaması ABŞ prezidenti Co Baydenin fevralın 4-də ölkəsinin Səudiyyə Ərəbistanına Yəməndəki müharibədə dəstək verməyi dayandırması ilə bağlı bəyanatından sonra səslənib. O, bu barədə öz “Twitter” hesabında yazıb.

Qarqaş həmçinin qeyd edib ki, ölkəsi BMT-nin Yəməndə davamlı sülhün bərqərar olması istiqamətindəki səylərini dəstəkləyir.

Qeyd edək ki, Yəmənin rəsmi şəxsləri dəfələrlə BƏƏ-ni faydalı qazıntılardan yararlanmaq məqsədi ilə ölkənin bəzi cənub bölgələri üzərində nəzarəti ələ keçirməkdə ittiham ediblər.

Xəbəri paylaş

VİDEOLAR