İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi BƏƏ prezidenti ilə görüşüb və məsləhətləşib.
Az.rasthaber.com xəbər verir ki, Əbu-Dabiyə səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani dünən BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayedlə görüşüb.
Şamxani görüş zamanı deyib:
"İran və BƏƏ əlaqələri genişləndirmək və diplomatiyanı gücləndirmək üçün böyük addımlar ata bilər".
Digər tərəfdən Şeyx Məhəmməd bin Zayed bbildirib:
"BƏƏ İranla anlaşılmazlıqları aradan qaldırmağa və bu ölkə ilə bütün sahələrdə əlaqələrini maksimum dərəcədə artırmağa hazırdır.
Ümid edirik ki, Əli Şamxaninin Əbu-Dabiyə səfəri İran-BƏƏ münasibətlərində yeni səhifənin açılmasında mühüm rol oynayacaq”.
Digər tərəfdən, İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının baş katibi və eyni zamanda Ayətullah Xameneinin müşaviri olan Əli Şamxani BƏƏ-nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan ilə görüşüb.