İranın Əbu-Dabidəki səfiri Seyid İbrahim Rəisinin BƏƏ prezidentinə Tehrana səfər dəvətini BƏƏ-nin dövlət nazirlərindən biri Xəlifə Şahin əl-Marara çatdırıb.
Az.rasthaber.com xəbər verir ki, İranın Əbu-Dabidəki səfiri Rza Əmiri BƏƏ-nin dövlət nazirlərindən biri Xəlifə Şahin əl-Mararla görüşüb.
Əmiri prezident İbrahim Rəisinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana Tehrana rəsmi səfərə dəvətini çatdırıb.
Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə də görüşüb.