Birləşmiş Ərəb Əmrilikləri əl-Əqsa məscidi ətrafında baş verən zorakılıqlara görə İsrailin səfirini XİN-ə çağırıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi VAM-a istinadla məlumat verir.
Bildirilib ki, İsrailin səfiri Əbu-Dabidə XİN-ə çağırılıb və etiraz notası qarşı tərəfə təqdim edilib.
Bundan öncə İordaniya da İsrail səfirini XİN-ə çağırmışdı.
Qeyd edək ki, son günlərdə İsrail qüvvələri əl-Əqsa məscidinin həyətinə və içinə daxil olaraq buradakı fələstinlilərə qarşı zorakı addımlara əl atıblar. Ötən həftənin şənbə günü baş verən toqquşmada 150 fələstinli yaralanıb və 400 fələstinli saxlanılıb.