Bu layihədə BƏƏ və İsrail rejimindən ümumilikdə 4 şirkət iştirak edir.
Rasthaber Azərbaycan xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İsrail rejimi ilə birgə layihənin həyata keçirildiyini ilk dəfə olaraq etiraf edib.
COVID-19 ilə mübarizə üzrə layihənin həyata keçirilməsində BƏƏ və İsrail rejimindən ümumilikdə 4 şirkət iştirak edir.
Xatırladaq ki, daha öncə İsrail rejiminin Baş naziri Binyamin Netanyahu da COVID-19 ilə mübarizə çərçivəsində BƏƏ ilə “elmi əməkdaşlığın” başladığını bildirmişdi.
Əməkdaşlıq çərçivəsində BƏƏ İsrailə COVID-19-un diaqnozu üçün 100 min test-sistemi göndərib.
Xatırladaq ki, BƏƏ və İsrail rejimi arasında rəsmi diplomatik münasibətlər yoxdur.