BƏƏ BRİKS-ə qoşulsa da Qərbdən üz döndərməyəcək

BƏƏ BRİKS-ə qoşulsa da Qərbdən üz döndərməyəcək

Birləşmiş Ərəb Əmirlikləri BRİKS-ə qoşulsa da Qərbdən üz döndərməyəcək.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu BƏƏ iqtisadiyyat naziri Abdulla Bin Touq al Marri deyib.

Nazirin sözlərinə görə, ölkəsinin BRİKS təşkilatına daxil olmaq niyyəti qlobal ticarəti inkişaf etdirmək istəyi ilə bağlıdır.

BƏƏ rəsmisi onu da əlavə edib ki, Əbu-Dabi Qərb ölkələri, o cümlədən ABŞ-la əməkdaşlıqdan imtina etmir:

“Biz sülh və firavanlıq istəyirik, bunun arxasında iqtisadiyyat dayanır. ABŞ-la ticarət dövriyyəsi həcminin artırılması hər zaman diqqət mərkəzindədir, dövriyyənin həcmini təxminən 23 milyard dollara çatdırmışıq. Ötən ilki 20 milyard dollarlıq dövriyyəni nəzərə alsaq, ciddi artım görürük”.

Xəbəri paylaş

VİDEOLAR