Ərəb mediası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Suriya səfirinin 13 ildən sonra Dəməşqə gəldiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ərəb qəzeti “Rai əl-Youm” Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Suriya səfirinin 13 ildən sonra Dəməşqə gəldiyini yazıb.
Xəbərdə BƏƏ səfiri Həsən Əhməd əl-Şahinin bazar ertəsi Dəməşqə çatdığı qeyd edilib.
2019-cu ildə Dəməşqdəki səfirliyini yenidən açan BƏƏ Suriya ilə diplomatik əlaqələri müvəqqəti işlər vəkili səviyyəsində davam etdirib.