"Azərbaycanla saziş regionda sabit sülhün bərqərar olmasına imkan verəcək"

Ermənistanla Azərbaycan arasında sazişin imzalanması regionda sabit və dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Yan Borq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması da sülhün mühüm tərkib hissəsidir:

“Biz nəinki hazırıq, həm də nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq. Xüsusilə, söhbət Azərbaycanla dəmir yolu əlaqələrindən gedir. Bunun tənzimlənməsi, təbii ki, bərabərlik prinsipinə uyğun olacaq”.

Xəbəri paylaş

VİDEOLAR