Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb - Abdullahian

 Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb - Abdullahian

Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 27-də Tehranda Əfqanıstanın qonşularının toplantısının yekununa həsr edilən mətbuat konfransında bildirib.

“Bizim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarımız olub. Fikirmcə, gərginlik mərhələsini başa vurmuşuq. İki ölkə arasında olan problemlərin tədricən həll olunacağını ehtimal edirəm”, - nazir vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR