Azərbaycanın şimal-qərb rayonlarında 6 çaydan sel keçib

Azərbaycanın şimal-qərb rayonlarında 6 çaydan sel keçib

Az.rasthaber.com, Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 09:00-a olan məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub.

Leysan yağışlar nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan keçən Dəmiraparançaydan, Quba rayonu ərazisindən axan Vəlvələçaydan sel keçib.

Düşən yağıntının miqdarına gəlincə, bu, Qaxda 156 mm, Qəbələdə 53 mm, Zaqatalada 48 mm, Şəkidə 37 mm , Balakəndə 27 mm, Şahdağda 23 mm, Oğuzda 23 mm olub.  

Ölkə ərazisində küləkli hava şəraiti də davam edib. İyunun 6-da şimal-qərb küləyi arabir Naftalanda 22, Neftçala, Mingəçevir, Şəki, Gəncə, Zaqatala, Balakəndə 20, Ağdamda 18, Sabirabad və Qaxda isə 17 m/s-dək güclənib.

Xəbəri paylaş

VİDEOLAR