Azərbaycanın Mədəniyyət naziri COVİD-19-a yoluxub

Azərbaycanın Mədəniyyət naziri COVİD-19-a yoluxub

Bu haqda Mədəniyyət Nazirliyindən bildirilib

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.

Xəbəri paylaş

VİDEOLAR