Azərbaycanın bütün ərazisi bu tarixədək internetlə təmin olunacaq

Azərbaycanın bütün ərazisi bu tarixədək internetlə təmin olunacaq

2024-cü ilədək Azərbaycanın bütün rayonları tam internetlə təmin olunacaq.

Rasthaber Azərbaycan-ın  məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, nazirliyin əsas tapşırıqlarından biri rəqəmsal transformasiya üçün zəruri infrastrukturun yaradılmasıdır:

“Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi internetlə çıxışla bağlı problem var. 2024-cü ilədək bütün Azərbaycan, hətta ən ucqar rayonlar belə fiber-optik internet bağlantısı ilə təmin olunacaq”.

Xəbəri paylaş

VİDEOLAR