Azərbaycanda yoluxma azalır, məhdudiyyətlər ləğv ediləcəkmi? - AÇIQLAMA

Azərbaycanda yoluxma azalır, məhdudiyyətlər ləğv ediləcəkmi? - AÇIQLAMA

Ölkədə koronavirusa yolxumada rəqəmlər azalsa da, yumşalma barədə danışmaq hələ tezdir.

Rasthaberin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. Onun sözlərinə görə, rəqəmlər hələ də kifayət qədər az deyil: "Həm də bu barədə ehtiyac yanarsa, rəsmi qurumlar bu haqda məlumat verəcək".

V.Ağayeva ölkədə virusun yolxuma sürətinin və ölənlərin sayının çox olması barədə də danşıb: "Bəlli olduğu kimi, artıq Azərbaycanda da koronavirusun Britaniya ştammı aşkarlanıb və demək ki, yayılması da var. Bu səbəbdən də yoluxma sayı çox ola bilər. Ölənlərin sayının isə çox olması o səbəbdəndir ki, vətəndaşlar xəstəxanalara vəziyyətləri ağır olduqdan sonra müraciət edirlər".

Xəbəri paylaş

VİDEOLAR