Azərbaycanda rüşvət ittihamı ilə tibb sahəsində rəhbər vəsifədə işləyənlər həbs olundu

Azərbaycanda rüşvət ittihamı ilə tibb sahəsində rəhbər vəsifədə işləyənlər həbs olundu

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi, Yeni Klinikanın rəhbəri və s. həbs olunub

 Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi, "Yeni klinika” tibb müəssisənin direktoru, 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs olunub.

Rasthaber Azərbaycan xəbər verir ki, 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlu haqqında Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğluna və köməkçilərinə  311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilib.

Bütün həbs olunanların koronavirus xəstələrindən rüşvət istəmək və almaq, həmçinin bu istiqamətdə qanunsuz əməllər etdiyi qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR