Azərbaycanda peyvənd olunanların sayı 407 mini keçdi

Azərbaycanda peyvənd olunanların sayı 407 mini keçdi

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 17 495 nəfər vaksinasiya olunub.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.

Xəbəri paylaş

VİDEOLAR