Azərbaycanda peyvənd olunanların sayı 3 milyon 500 mini keçdi

Azərbaycanda peyvənd olunanların sayı 3 milyon 500 mini keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88978 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48174 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 296 229 təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR