Azərbaycanda məscidlər online rejimlə əhya mərasimi təşkil etdilər

Azərbaycanda məscidlər online rejimlə əhya mərasimi təşkil etdilər

Azərbaycanda koronavirusa görə bağlı qalan məscidlər online rejimlə əhya mərasimi təşkil ediblər

Azərbaycanda koronavirusa görə bağlı qalan məscidlər online rejimlə əhya mərasimi təşkil ediblər.

Rasthaber Azərbaycan xəbər verir ki, Məşədi Dadaş məscidi dini icması səhərə qədər əhya saxlayanlar üçün online proqram efirə buraxıb, online xütbəni Hacı Şahin Həsənli, həmçinin Qədr gecələrinin dualarını oxuyub. Quran tilavəti və Cövşən-Kəbir duasını Hacı Ruslan Qasımov oxuyub.

Hacı Ramil Bədəlovun youtube və facebook səhifəsindən də canlı yayımla əhya gecəsi mərasimi təşkil olunub. Bu yayımda ilahiyyatçı Hacı Ramil Bədəlov, Hacə Elşən Xəzər və Hacı Eldəniz Dadaşov iştirak edib.

Hacı Cavad məscidində xtib olaraq ilahiyyatçı Hacı Əhliman Rüstəmov, Quran qarisi Hacı Ruslan Qasımov və mərsiyəxan Hacı Hikmət Cəfəri  Hacı_cavad_mescidi instagram və Hacı Əhliman Rüstəmov facebook səhifəsində əhya mərasimi yayıma gedib.

Əhlibeyt Hüseyniyəsinin də canlı yayım efirə gedib. Belə ki, facebook-da ocaqnejad.net və youtube-də ocaqnejad_net səhifələri yayımda olub.

 Bu yayıma Höccətülislam Ocaqnejad, məddah Zahir Mirzəvi və Quran qarisi Hacı Səməd qoşulub.

 (Yeni Günəşli) Fatimeyi Zəhra (s.ə) məscidinin rəsmi səhifələrində Əhya məclisi 23:45 də canlı yayımlanıb.

Digər əhya gecələrində də bu cür online mərasimlərin keçiriləcəyi əvvəldən elan olunub.

 

 

Xəbəri paylaş

VİDEOLAR