Azərbaycanda koronavirusun "Delta" ştammı aşkarlandı

Azərbaycanda koronavirusun

Azərbaycanda koronavirusun "Delta" ştammı aşkarlanıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi ilə İcbati Tibbi Sığorta üsrə Dövlət Agentliyinin birgə məlumatında bildirilir.

“Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub” - deyə, məlumatda deyilir.

Hər iki qurum ölkə vətəndaşlarını vaksinasiya olunmağa çağırır.

Xəbəri paylaş

VİDEOLAR