Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Rasthaber xəbər verir ki, Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 45 879 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 972 nəfərdir.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 87.78 faizi sağalıb. Yoluxanlardan 10.84 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 45 879 nəfərin 1.38 faizi (635 nəfər) dünyasını dəyişib.