Azərbaycanda koronavirusa yoluxmuş cəmi 4.76 faiz aktiv xəstə var

Azərbaycanda koronavirusa yoluxmuş cəmi 4.76 faiz aktiv xəstə var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.rasthaber.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib, aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, ötən müddət ərzində isə ümumilikdə 2 287 959 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.93 faizi sağalıb, 4.76 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni 225 820 nəfərin 1.31 faizi (2 957 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR