Azərbaycanda koronavirusa yoluxanların 94 faizdən çoxu sağalıb

Azərbaycanda koronavirusa yoluxanların 94 faizdən çoxu sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 41 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1 785 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 124, ötən müddət ərzində isə ümumilikdə 1 162 062 test aparılıb.

 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 94.24 faizi sağalıb. Yoluxanlardan 4.3 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  41 519 nəfərin 1.46 faizi (605 nəfər) dünyasını  dəyişib.

Xəbəri paylaş

VİDEOLAR