Azərbaycanda iki zəlzələ

Azərbaycanda iki zəlzələ

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Azərbaycanda iki zəlzələ baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, birinci zəlzələ yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə olub.

İkinci zəlzələ yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR