Azərbaycanda ictimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırılıb

Azərbaycanda ictimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırılıb

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə yenidən məhdudiyyət tətbiq edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlki qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

3 avqust tarixində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

Daha əvvəl xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul saat 00.00-dan 20 iyul saat 06.00-dək, 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək ictimai nəqliyya dayandırılmışdı.

Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb. Sərtləşdirilmiş xüsusi karantin rejimi isə 5 avqust saat 06:00-dək davam edəcək.

 

 

Xəbəri paylaş

VİDEOLAR