Azərbaycanda əhalinin 4 faizi peyvənd olunub

Azərbaycanda əhalinin 4 faizi peyvənd olunub

Azərbaycanda 411 mindən artıq vətəndaş COVID-19 koronavirus infeksiyası əleyhinə vaksinasiya edilib.

Bu barədə Operativ Qərargahdn məlumat verilib.

“Mart ayının 8-nə 3,483 min vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib. Ümumilikdə, 411,496 min nəfər COVİD-19 əleyhinə vaksinasiya olunub”, - Qərargahdan qeyd olunur.

Azərbayan əhalisi 10,1 milyon nəfəri ötür. Beləliklə, əhalinin 4,06%-i COVİD-19 əleyhinə vaksinasiya edilib.

2021-ci il yanvarın 18-də Azərbnaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesihəyata keçirilir. 

Xəbəri paylaş

VİDEOLAR