Azərbaycanda Elif Şafakın kitablarının satışı dayandırıldı - SƏBƏB

Azərbaycanda Elif Şafakın kitablarının satışı dayandırıldı - SƏBƏB

Məşhur türk yazıçı Elif Şafak şəxsi "Twitter"dəki 1.6 milyonluq hesabından Ermənistana dəstək məqsədli paylaşım etmişdi

Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan məşhur türk yazıçı Elif Şafak şəxsi "Twitter"dəki 1.6 milyonluq hesabından Ermənistana dəstək məqsədli paylaşım edib. 

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, o, hesabında Şuşa şəhərində "dağıdılan" kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq "barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım... Dağıntılar arasında sənət, təşəkkürlər" yazıb.

Yazıçı həmçinin HDP-nin erməni əsilli deputatı Qaro Paylana təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə sosial şəbəkə istifadəçiləri tərəfindən bu paylaşım etirazla qarşılanıb. Bundan başqa, yazıçının "sülh paylaşımı"na cavab olaraq, "BookZone", "Kitabevim.az", "Libraff" və "Ovod" mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıb.

Xəbəri paylaş

VİDEOLAR