Azərbaycanda DSX-nin generalı və vəzifəli şəxslər saxlanılıb

Azərbaycanda DSX-nin generalı və vəzifəli şəxslər saxlanılıb

Bu haqda DTX-nın rəsmi saytı məlumat yayıb

Rasthaber Azərbaycan xəbər verir ki, DTX-nın saytında yayılan məlumatda deyilir:

"Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınmışdır.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılmışlar.
Hazırda araşdırmalar davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir."

Xəbəri paylaş

VİDEOLAR