Azərbaycanda Dizel və Aİ-92 benzininin qiyməti bahalaşdı

Azərbaycanda Dizel və Aİ-92 benzininin qiyməti bahalaşdı

Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,10 manata qalxıb.

Az.rasthaber.com-un verdiyi xəbərə görə, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dəyişib.

Məlumata əsasən, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,10 manata qalxıb.

Dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Qeyd edək ki, ölkədə Aİ-92 markalı benzinin litri bu zamana kimi 1 manat idi.

Xatırladaq ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Digər markalı benzinlərin qiymətləri onların bazar qiymətindən asılıdır.

Xəbəri paylaş

VİDEOLAR