Azərbaycanda daha 56 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda daha 56 nəfərdə koronavirus aşkarlandı

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılıb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə,  Azərbaycan Respublikasında 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 404 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılıb.

Xəbəri paylaş

VİDEOLAR