Azərbaycanda COVİD 19-a yoluxmada ciddi artım: Bir sutkada 2248 nəfər...

Azərbaycanda COVİD 19-a yoluxmada ciddi artım: Bir sutkada 2248 nəfər...

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 263961 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib, aktiv xəstə sayı 21383 nəfərdir.

Son sutka ərzində 14375, hazırkı dövrədək isə 2 888033 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı vurulan vaksinlərin ümumi sayı 856363-dür. Belə ki, birinci mərhələ üzrə vaksinasiya olunanları sayı 558485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297878 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Xəbəri paylaş

VİDEOLAR