Azərbaycanda bu gündən AstraZeneca-nın da vaksini istifadə olunacaq

Azərbaycanda bu gündən  AstraZeneca-nın da vaksini istifadə olunacaq

Bu vaksin Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.

Səhiyyə Nazirliyi açıqlayıb ki, mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" vaksinindən də istifadə edə biləcəklər.

"AstraZeneca" şirkətinin istehsal etdiyi bu vaksin Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.

""COVAX" platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria" peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir", - Səhiyyə Nazirliyi açıqlayıb.

Azərbaycanda keçirilən vaksinasiya kampaniyası çərçivəsində peyvənd olunanların ümumi sayı 1,5 milyon nəfəri ötüb.

Xəbəri paylaş

VİDEOLAR