Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Bu gün 23 dekabrda Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Rasthaber Azərbaycan xəbər verir ki, bu gün 23 dekabrda Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Rəsmi məlumata görə, 118 seçki dairəsinin 5049 seçki məntəqəsi səsvermə üçün açılıb.

Bakı vaxtı ilə saat 8-də 118 seçki dairəsinin 5049 seçki məntəqəsi səsvermə üçün açılıb. Azərbaycan ərazilərinin ermənilərin nəzarətində olması səbəbində 7 seçki dairəsində bələdiyyə təşkil edilməyib.

Səsvermədə seçki hüququ olan 4 972 356 vətəndaş iştirak edə bilər.

1606 bələdiyyə üzrə 15 156 yer uğrunda 41 462 namizəd mübarizə aparır.

Namizədlərin üçdə biri 13 partiyanın nümayəndələridir: Yeni Azərbaycan, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı, Demokratik Maarifçilik, Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət və Respublikaçılar partiyaları.

Aparıcı müxalifət qurumları, - Milli Şura, Xalq Cəbhəsi və Müsavat partiyaları seçkiqabağı mühitin ədalətli olmadığını, bələdiyyələrin real səlahiyyətlərə malik olmadığını bildirib. Müxalifət qurumları seçkilərin saxtalaşdırılacağını da iddia edir. Bu səbəblərdən seçkilərə qatılmadığını bildirirb.

Xəbəri paylaş

VİDEOLAR