Azərbaycanda bir sutkada 1690 nəfər COVİD 19-a yoluxdu

Azərbaycanda bir sutkada 1690 nəfər COVİD 19-a yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 254 370 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.

Son sutka ərzində 9 670, hazırkı dövrədək isə 2 826 454 test aparılıb.

Xəbəri paylaş

VİDEOLAR