Azərbaycanda bir sutkada 1151 nəfər koronavirusa yoluxub

Azərbaycanda bir sutkada 1151 nəfər koronavirusa yoluxub

Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 1 052 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rasthaber-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 287 144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib, aktiv xəstə sayı 31 440 nəfərdir.

Xəbəri paylaş

VİDEOLAR