Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Azərbaycanda bayram və istirahət günləri hərəkət məhdudlaşdırıla bilər. Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Biz bu təkliflə Nazirlər Kabineti yanında Oprerativ Qərargaha müraciət etmişik”, - Bayramlı şənbə günü keçirilən brifinqdə bildirib.
Xəbər verildiyi kimi, ümumilikdə Azərbacanda 2422 nəfərdə COVİD-19 koronavirusa yoluxma faktı qeydə alınıb, 1620 nəfər sağalıb, 31 nəfər vəfat edib.
“Hazırda 771 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə keçir, onlardan 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin – orta ağır kimi qiymətləndirilir”, - Bayramlı brifinqdə qeyd edib.
İndiyədək Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188,95 min test aparılıb.